Azərinin “bozqurd” işarəsi ilin fotosu seçildi

ŞOU-BİZNES 06 mart 2025, 10:02
Xalq artisti Anaxanım Tağıyevanın (Azərin) Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak etdiyi tədbirdə göstərdiyi “bozqurd” işarəsi ilin fotosu seçilib.

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyə mediasında məlumat yayılıb.

Xatırladaq ki, Azərin xanım Türkiyənin Prezident iqamətgahında keçirilən 15 İyul - Demokratiya və Milli Birlik Gününə həsr olunmuş anım tədbirində səhnəyə çıxmışdı.

Xalq artisti “Çırpınırdı Qara dəniz” mahnısını oxuduqdan sonra milli futbolçu Merih Dəmiralın Avropa çempionatında cəzalandırılmasına səbəb olan “bozqurd” işarəsini göstərmişdi. Tədbirdə iştirak edən Rəcəb Tayyib Ərdoğan Ərdoğan və xanımı Əminə Ərdoğan Azərinin bu addımını alqışlarla cavablandırmışdı.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
06 mart 2025, 12:55
Top