Evdən 4 nəfərin meyiti tapıldı: Ölənlərdən ikisi tələbə və müəllim imiş... — FOTO

HADİSƏ 05 mart 2025, 22:23
Göygöldə dəm qazından zəhərlənərək ölənlərdən biri müəllim, biri isə tələbə imiş.

Demokrat.az  "Qafqazinfo"ya istinadən xəbər verir ki, vəfat edən qadınlardan biri orta məktəbdə müəllim işləyirdi.

25 yaşlı Münəvvər Hüseynova Şəmkir rayonunun Səməd Vurğun adına qəsəbə tam orta ümumtəhsil məktəbində Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə dərs deyirmiş.

Dünyasını dəyişən şəxslərdən biri isə tələbə idi. Xatirə Hüseynova Gəncə Dövlət Universitetinin 4-cü kurs tələbəsidir.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma başlanılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
06 mart 2025, 10:35
Top