Gürcüstanın baş naziri İrakli Kobaxidze Venesiya Komissiyasını qeyri-ciddi struktur adlandırıb.
Demokrat.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat verir.
“Onların tələblərinin heç bir hüquqi əsası yoxdur. Venesiya Komissiyası Avropanın ən qeyri-ciddi strukturlarından biridir. Hüquq ekspertizası mərkəzindən bu struktur qlobal müharibə partiyasının maraqlarına xidmət edən siyasi quruma çevrilib. Biz onların hesabatlarını ciddi qəbul edə bilmərik”,- deyə Kobaxidze jurnalistlərə bildirib.
Konstitusiya məsələləri üzrə məşvərətçi orqan olan Venesiya Komissiyası hesabatında Gürcüstanın İnzibati Xətalar Məcəlləsini və “Məclislər və nümayişlər haqqında” qanunu araşdırıb. Komissiya iddia edir ki, bu aktlara yenidən baxılmalıdır, çünki onlar guya etiraz aksiyalarının keçirilməsi imkanlarını məhdudlaşdırır.
Əfsanə Kamal
Demokrat.az