ABŞ-nin kosmik gəmisi Aya eniş etdi

DÜNYA 03 mart 2025, 09:28
ABŞ-nin "Firefly Aerospace" şirkətinin "Blue Ghost" kosmik gəmisi Aya eniş edib.

Demokrat.az xəbər verir ki, bu barədə NASA "X" sosial şəbəkəsində məlumat yayıb.

Qeyd olunur ki, modul iki həftə ərzində aktiv şəkildə işləyəcək.

Aya eniş aparatı yanvarın 15-də "SpaceX"in "Falcon 9" raketi vasitəsi ilə buraxılıb. Onun göyərtəsində Ay haqqında bilikləri artırmağa və gələcək missiyalara hazırlaşmağa kömək edəcək NASA-nın tədqiqat avadanlığı və aləti yerləşdirilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
03 mart 2025, 18:50
Top