“Son dövrlər bu tendesiya təkcə Azərbaycanda deyil, bütün dünyada geniş yayılıb. Tək dərman vasitələri deyil, müxtəlif geyim əşyalarından tutmuş, məişət avadanlıqlarına qədər hər birinin internet üzərindən satışı həyata keçirilir. Bu sahədə ixtisaslaşmış bir sıra provayderlər, şirkətlər də var. Ölkə daxilində də bəzi fiziki şəxslər məhsullarını internet üzərindən reklam edir, satışa çıxarır”.
Bu sözləri Demokrat.az-a açıqlamasında deputat Arzuxan Əlizadə deyib.
“Təəssüf ki, bir çox hallarda tibblə əlaqəsi olmayan, satdığı məhsul haqqında özü belə məlumat sahibi olmayan fiziki şəxslər var. Onlar dərman peraparatlarının satışını internet üzərindən həyata keçirirlər. Bir çox vətəndaşlar isə bu reklamlara aldanır, alış edirlər. Bütün bunlar insanlarımızın yaxşı maariflənməməsinin nəticəsidir. Son zamanlar tibb sahəsi ilə əlaqəsi olmayan şəxslərin hətta cərrahi müdaxilə belə həyata keçirdiyinin şahidi oluruq. Bütün bunlar son dövlər müzakirə mövzusu oldu və cinayətə cəlb edilənlər də var. Tibbi savadı olmayan insanların dərman peraparatı və qida əlavələrinin satışı ilə bağlı da ölçü götürülməlidir. Bu cür fəaliyyətlə ixtisaslı, lisenziyalı şirkətlər məşğul olmalı, tanınmış, faydası təsdiq olunan vasitələr satılmalıdır. Bu sahədə yalnız gəlir əldə etməyi düşünən şəxslərin məsuliyyətə cəlb olunması vacibdir. Ən başda insanlar bu mövzuda maarifləndirilməlidir”.
Əfsanə Kamal
Demokrat.az