Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Avropanın müdafiəsinin gücləndiriləcəyini bildirib. “Avropanın Ukraynaya davamlı dəstəyini vurğulamaq üçün Londona gedirəm və bu, Ukraynada ədalətli və davamlı sülhə gətirib çıxara bilər. Sülhə gedən yol gücdür. Zəiflik daha çox müharibəyə səbəb olur. Biz Ukraynanı gücləndirəcəyik”.
Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov bildirib ki, Zelenski ilə Tramp arasında uzun müddətdir gözlənilən görüş, əslində, hər iki tərəf üçün uğursuz oldu:
“Zelenski Trampdan dəstək gözləyirdi, lakin istədiyini ala bilmədi. Bununla belə, o, psixoloji baxımdan buna hazır idi. Tramp isə Zelenskini kameralar qarşısında alçaltmağa çalışdı, lakin buna tam nail ola bilmədi. Zelenski kifayət qədər soyuqqanlı şəkildə cavablar verdi və özünü itirmədi. Bu görüşdən sonra artıq aydın oldu ki, ABŞ bundan sonra Ukraynaya əvvəlki kimi dəstək verməyəcək. Tramp görüşdən əvvəl və sonra açıq şəkildə bildirirdi ki, Ukrayna hazırda sülhə meyilli deyil və Zelenski sülh danışıqlarına razı olacağı təqdirdə, yenidən dəstək məsələsi gündəmə gələ bilər. Bu, o deməkdir ki, ABŞ Ukraynanı çıxılmaz vəziyyətə salmaq niyyətindədir. Əgər Ukrayna müqavimət göstərməyə davam edərsə, ABŞ yardımını tədricən azaldacaq, hətta tamamilə dayandıra bilər ki, Kiyev məcburən danışıqlar masasına qayıtsın. Zelenski isə açıq şəkildə bildirib ki, o, geri addım atmayacaq və danışıqlara razı olmayacaq. Belə olan halda, Ukraynanın yeganə ümid yeri Avropa ölkələridir. Lakin Avropa daxilində də Ukraynaya dəstək məsələsində fərqli yanaşmalar var. Bəzi ölkələr Kiyevi sona qədər müdafiə etməyin tərəfdarıdır, digərləri isə dəstəyin tədricən azaldılması və müharibənin genişlənməsinin qarşısının alınması fikrindədir”.
K.Novruzov onu da qeyd edib ki, ümumi mənzərə Avropanın hələ ki, Ukraynaya dəstək verməyə davam etmək niyyətində olduğunu göstərir:
“Çünki Avropada anlayırlar ki, Ukraynanın məğlubiyyəti perspektivdə Rusiyanın digər Avropa ölkələrinə təhdid yaratmasına səbəb ola bilər. Əgər Rusiya bu müharibədə qalib gələrsə, dayanmayacaq və Avropanın təhlükəsizliyinə daha ciddi təhdidlər meydana çıxacaq. Lakin əsas sual budur: Avropa Ukraynaya nə vaxta qədər dəstək verəcək? Bu dəstək sona qədər davam edəcəkmi, yoxsa müəyyən bir mərhələdən sonra ABŞ kimi Avropa da Ukraynanın arxasından çəkiləcək? Tarixdə Gürcüstan nümunəsini görmüşük. ABŞ və Avropa uzun müddət Gürcüstanı dəstəkləsə də, bir müddət sonra bu dəstəyi azaltdılar və ölkəni Rusiya ilə təkbaşına buraxdılar. Eyni ssenari Ukrayna üçün də təkrarlana bilər. Çünki Avropa ölkələrinin əsas marağı Ukraynanın taleyi deyil, öz təhlükəsizlik maraqlarıdır. Əgər Avropa Ukraynaya dəstəyini artırarsa, bu, danışıqların təxirə salınmasına və müharibənin daha da genişlənmə ehtimalına səbəb ola bilər. Əks halda, Kiyev tədricən danışıqlara razı olmağa məcbur edilə bilər”.
Leyla Turan
Demokrat.az