"Tütün məhsullarının qiymətlərində artım olması müəyyən mənada gözlənilən idi. Çünki 2025-ci ilin Vergi Məcəlləsinə dəyişikliklər edilərkən tütün məhsullarına aksiz vergisinin artırılması məsələsi nəzərə alınmışdı".
Bu sözləri Demokrat.az-a açıqlamasında iqtisadçı Rəşad Həsənov deyib.
"Qiymətin artması üçün təkcə səbəb bu deyil. İnflyasiyanın baş verməsi bu və digər istehsal xərclərinin artmasına da gətirib çıxarır. Həmçinin əmək haqqı fondunun ödəniş xərclərinin artması zərurəti də yaranır. Çünki inflyasiya eyni zamanda bu istiqamətdə çağırış yaratmaqla şirkətləri məcburən əmək haqqlarının artırılmasına gətirib çıxarır. Əks halda məhsuldarlıq aşağı düşür. Bu faktların da tütün məhsullarının qiymətinin artmasında rolu var".
Əfsanə Kamal
Demokrat.az