Volodimir Zelenski Ukraynada prezident seçkisi keçiriləcəyi təqdirdə, iştirak etmək ehtimalından danışıb.
Oxu.Az-ın "Sky News"a istinadən xəbərinə görə, Zelenski bu barədə britaniyalı jurnalistlərlə söhbətində deyib.
"Məni əvəz etmək asan olmayacaq. Çünki bunun üçün təkcə seçkinin keçirilməsi deyil, həmçinin mənim seçkidə iştirakımın qarşısını almaq da tələb olunacaq. Bu isə daha çətin olacaq", - deyə o bildirib.
Qeyd edək ki, martın 2-də ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Mayk Uolts CNN-ə müsahibəsində deyib ki, Birləşmiş Ştatlar Vaşinqton və Moskva ilə işlər aparmağa hazır olan Ukrayna liderini görmək istəyir, amma Zelenski bu tələbə uyğun davrana bilməsə, problemə səbəb olacaq.
Xatırladaq ki, Volodimir Zelenskinin prezident səlahiyyətləri rəsmi olaraq 2024-cü il mayın 20-də başa çatıb. Fevralın 18-də ABŞ Prezidenti Donald Tramp bildirib ki, Ukrayna nizamlanma üçün danışıqlar masasında yer almaq istəyirsə, seçkinin keçirilməsi zəruridir.