Avropada qazın birja qiymətləri yazın ilk ticarət sessiyasında 4% artaraq min kubmetr üçün 500 dollara yaxınlaşır.
Demokrat.az xəbər verir ki, bu barədə London ICE birjasının məlumatında deyilir.
TTF indeksi üzrə aprel (ən yaxın) fyuçersləri martın 3-də hər min kubmetr üçün 504,3 dollar səviyyəsində ticarətə başlayıb. Daha sonra onların qiyməti bir qədər azalaraq 497 dollara düşüb.
Britaniyanın “The Guardian” qəzeti yazıb ki, 2024-cü ildə Avropa Ukraynanı dəstəkləməkdənsə, Rusiyanın enerji resurslarının alınmasına daha çox pul xərcləyib.
Macarıstan hökumətinin başçısı Viktor Orban bəyan edib ki, enerji daşıyıcılarının yüksək qiymətləri Avropa iqtisadiyyatını məhv edə bilər.
Onun fikrincə, Ukrayna münaqişəsinin mümkün həlli vəziyyəti yaxşılaşdıra bilər. Lakin Orban Avropa İttifaqının hazırkliderlərinin Macarıstan iqtisadiyyatına müsbət təsir göstərəcək idarəetmə qərarları qəbul edə biləcəyinə inanmır.
Əfsanə Kamal
Demokrat.az