Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

GÜNDƏM 03 mart 2025, 19:59
Sabah Bakının Sabunçu və Xəzər rayonlarının bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq.

Demokrat.az  xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Sabunçu rayonu ərazisində yeni çəkilmiş qaz xəttinin "Sabunçu-əhali" ortatəzyiqli qaz kəmərinə qoşulması, Xəzər rayonunun Şüvəlan qəsəbəsi, Mayak bağları ünvanında ortatəzyiqli qaz xəttinin təhlükəsiz əraziyə köçürülməsi məqsədilə martın 4-də saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir-quraşdırma işləri görülən müddətdə Sabunçu rayonu üzrə 2-ci Mədən, E.Mehdiyev, İ.Aslanov, N.Baybakov, Şəhər şosesi, Y.Saratov, Y.Əliyev, Q.Musabəyov, M. Aydınbəyov, T.Bümyadov, M.İbrahimov, D.Bedniy, S.Dadaşov, Ş.İ.Xətai, M.Ə.Rəsulzadə, H.Zərdabi və Zevin küçələrinin, Xəzər rayonu üzrə isə Şüvəlan qəsəbəsi, Mayak bağları ərazisinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top