“Azərişıq”: İtkiləri azaltmaqla 900 milyon kVt/saat enerjiyə qənaət edilib

GÜNDƏM 03 mart 2025, 22:12

2024-cü ildə Azərbaycanda 2015-ci illə müqayisədə enerji itkilərinin aşağı salınması 900 milyon kilovat/saat enerjiyə qənaət etməyə imkan verib.

Bunu “Azərişıq” ASC-nin sədr müavini Ramil Yusifov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində keçirilən ictimai dinləmədə deyib.

Onun sözlərinə görə, enerji itkilərinin dinamikası 2015-ci illə müqayisədə 14 %-dən 8,5 %-ə qədər azaldılıb: “Bu göstəricilər dünyanın qabaqcıl ölkələrinin nəticələrinə çatdırılmaqdadır. Nəzərə alınmalıdır ki, Azərbaycanda şəbəkələrin 60 %-nə qədərinin yenidən qurulmasına ehtiyac var”.

O qeyd edib ki, Azərbaycanda elektrik şəbəkələrinin əsas hissəsi ötən əsrin 20-60-cı illərində qurulub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top