"Bu günə kimi onun təhlükəsizlik çətirini təşkil edən ABŞ idi"

DÜNYA 03 mart 2025, 21:17
Türkiyənin Xarici işlər naziri Hakan Fidan deyib ki, Avropa liderləri həll yollarını müzakirə etmək üçün bir araya toplaşıblar. Belə görüşlər gələcəkdə də davam edəcək.

Türkiyəli diplomat qeyd edib ki, ABŞ-nin son həftələrdə yürütdüyü siyasət Avropa liderləri arasında Ukrayna məsələsi və ümumilikdə Avropanın təhlükəsizliyi ilə bağlı suallar yaradıb:

“Bu məsələ açıq şəkildə müzakirə olunur. Müzakirələri diqqətlə izləyirik. Ukrayna ilə bağlı sülh sazişinin olub-olmayacağına birlikdə baxacağıq”.

Mövzu ilə bağlı siyasi şərhçi Əziz Əlibəyli Demokrat.az-a açıqlamasında bildirib ki, Avropa hazırda bölünmə ərəfəsindədir:

“Bunu Avropa bütün tarixi boyu yaşayıb.  İndiyə kimi onun təhlükəsizlik çətirini təşkil edən Birləşmiş Ştatlar idi. Birləşmiş Ştatların da indi maraqları bir az fərqli istiqamətdə inkişaf edir.  Amma yenə də Avropanın sahibi Birləşmiş Ştatlar olacaq. Bu mənada, məncə, Türkiyə əvvəlki ənənəvi qaydasında qalmağa davam edəcək. Türkiyə təəssüf ki, Avropa İttifaqının darvazalarının qabağında gözlədi, amma onu ora daxill etmədilər. Yəni bu cür tendensiyaların şahidi olacağıq. Avropa əlbəttə təhlükədədir, bir tərəfdən də Rusiyan hədəsi var. Digər tərəfdən Avropanın özünün təhlükəsizliyini təmin etməsi üçün Amerikanın maraqlarına adekvat cevab vermək də vacibdir. İndiki situasiya göstərir ki, Avropa axtarışdadır”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top