"Hamiləlikdə diş ağrıyan zaman diş həkiminə müraciət etməkdən qorxmaq lazım deyil. Başqa orqanlarla bağlı xəstəliklər zamanı da müvafiq mütəxəssisə müraciət etmək vacibdir. Xəstəliklərlə əlaqədar olaraq hamilələr hər zaman öz ginekoloqlarına müraciət edirlər. Ginekoloqun işi xəstəliyin hamiləliyə və ya hamiləliyin xəstəliyə mənfi təsiri haqqında məlumat verməkdir. Qəbul ediləcək dərmanların dölə təsiri haqqında danışılmalıdır".
Bu sözləri Demokrat.az-a açıqlamasında tanınmış həkim Rəşad Sultan deyib.
"Diş xəstəliklərinin hamiləliyə birbaşa mənfi təsiri yoxdur. Ancaq infeksiya mənbəyi kimi ümumi olaraq diş xəstəliyinin bizə nə ziyanı varsa, hamilə şəxsə də o cür ziyanı var. Döldə hansısa problem yaratmır, tipik hamiləlik patalogiyası əmələ gətirmir. Bu o demək deyil ki, hamilə qadın diş ağrısından və.s əziyyət çəkməlidir. İşini bilən diş həkiminə müraciət etmək lazımdır. Bəzən diş həkimləri müalicənin özəlliklərini bilməyəndə ginekoloqa müraciət edirlər. Vurulan keyidicinin tərkibi, antibiotik növü haqqında məlumat veririk. Başqa xəstəliklərdə olduğu kimi diş xəstəliklərində də birlikdə konsultasiya etmək vacibdir".
Əfsanə Kamal
Demokrat.az