"Mərkəzi Asiyanın türkdilli dövlətləri ilə Azərbaycanın münasibətlərinin inkişaf etdirilməsi üçün gərəkən hər bir addım atılmalıdır. Hər iki tərəfin bu yöndə gördüyü işlərin dəyəri var. Qarşılıqlı səfərlər münasibətlərin daha da inkişaf etdirilməsi üçün vacibdir. O cümlədən Qazaxıstan baş nazirinin Azərbaycana səfəri iki ölkə arasında iqtisadi, ticarət, turizm sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün imkanlar açacaq".
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Aydın Quliyev deyib.
"Qazaxıstan-Azərbaycan əməkdaşlığının hələlik tam istifadə olunmamış böyük potensialları var. Xüsusilə də iqtisadi, ticarət və investisiya sahəsində, eləcə də və orta dəhlizin üzərində əməkdaşlığın genişləndirilməsi yönümündə istifadə olunmamış imkanlar hələ də mövcuddur. Bərpa olunan yaşıl enerjinin istehsalı və ixracı sahəsində Qazaxıstanla Azərbaycanın əməkdaşlığının böyük perspektivi var. Eyni zamanda, Rusiyanın ərazisindən keçən Xəzər boru kəmərləri konsorsiumunda yaranmış problemlə bağlı Qazaxıstanın öz neftinin ixracında Azərbaycanın imkanlarından istifadəsinə həm ehtiyac yaranıb, həm də böyük imkanlar var".
O bildirib ki, Azərbaycan Bakı-Tbilis-Ceyhan boru xətti ilə, eləcə də Bakıdan Qara dənizin sahillərinə açılan boru kəmərləri vasitəsilə Qazaxıstan neftinin ixracı üçün öz imkanlarını artıq təklif edib:
"Təsadüfi deyil ki, artıq Qazaxıstanla Azərbaycan arasında milyon yarım tondan artıq neftin Azərbaycanın kəmərləri vasitəsilə ixracı üzrə artıq razılaşma var. Hər iki tərəfin bu miqdarı, nəql olunacaq neftin miqdarını artırmaq yönümündə planları və imkanları var. Bir sözlə, Qazaxıstan Mərkəzi Asiyanın ən böyük türk dövləti olaraq Azərbaycanla əməkdaşlığın, böyük imkanlarının ərəfəsindədir. Türkdilli ölkələrin əməkdaşlığının daha da genişləndirilməsi yönümündə də Azərbaycan, Qazaxıstan əməkdaşlığı geniş imkanlara malikdir. Azərbaycanla Qazaxıstanın yaxın olması Türk dünyasının bir birinə bir o qədər sıxlaşmasına dəlalət eləyən amillərdəndir. Eyni zamanda, Qazaxıstan-Azərbaycan əməkdaşlığı, Şərq-Qərb dəhlizinin imkanlarının daha da genişləndirilməsi yönümündən də əhəmiyyətlidir. Qazaxıstan bilirik ki, nüvə dövlətidir. Eyni zamanda, Qazaxıstan özünün təbii sərvətlərini dünya bazarlarına daha səmərəli şəkildə çıxartmaq yolları axtaran ölkədir. Hər iki sahədə həm Azərbaycanın nüvə enerjisinin dinc məqsədlərlə istifadə perspektivləri baxımından, həm də Qazaxıstanın təbii sərvətlərinin dünya bazarına çıxarılması baxımından Azərbaycanın təklif edəcəyi potensial imkanları var. Bir sözlə, Qazaxıstan Azərbaycan əməkdaşlığı həm ikitərəfli əməkdaşlıq, həm də bütün Türk dünyasının daha geniş inteqrasiyası yönümündə böyük əhəmiyyətə və təsirə malik olan əməkdaşlıq istiqamətidir".
Əfsanə Kamal
Demokrat.az