Çeçenistanda matəm elan edilib

DÜNYA 03 mart 2025, 22:15
Çeçenistanda Buvaysar Sayiyevin ölümü ilə bağlı üç günlük matəm elan edilib.

Demokrat.az xəbər verir ki, bu barədə müvafiq sərəncamı Ramzan Kadırov imzalayıb.

Matəm martın 3-dən 5-dək davam edəcək. Bu günlərdə bütün regionda Rusiya Federasiyası və Çeçenistan Respublikasının dövlət bayraqları endiriləcək.
Təmizləkçi Saitievi evinin yanında ağır vəziyyətdə tapıb.  Zərərçəkənin gözlə görünən xəsarətləri olmayıb. Çempion xəstəxanaya yerləşdirilsə də, həkimlər onu xilas edə bilməyiblər.

Saitiev tarixdə ən çox medal qazanan sərbəst güləşçilərdən biridir. 


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top