Serbiya prezidenti jurnalistlərə "əclaf" dediyi üçün üzr istəyib

DÜNYA 03 mart 2025, 20:32
Serbiya prezidenti Aleksandr Vuçiç Serbiya Radio Televiziyasının (RTS) jurnalistlərini əclaf adlandırdığına görə üzr istəyib. 

Demokrat.az
xəbər verir ki, bu barədə Serbiya liderinin administrasiyasının saytında deyilir.

Administrasiya bildirib ki, Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç son hadisələrlə bağlı məktub göndərir və Serbiya vətəndaşlarından Nişdəki RTS müxbirlərini əclaf adlandırdıqlarına görə üzr istəyir.

RTS-in redaksiya heyəti Vuçiçin bəyanatını təhqir adlandırıb və qeyd edib ki, prezidentin jurnalistlər haqqında bu cür danışmağa haqqı yoxdur.

Əfsanə Kamal
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top