"Tramp və Zelenski arasındakı çəkişmə mahiyyət etibarı ilə şəxsi qalmaqal deyil. Vəziyyət tamamilə siyasi xarakterlidir. Prezidentlər öz ölkələrinin maraqlarını əsas tutaraq addımlar atır. Ona görə də bundan sonra onlar heç zaman barışmayacaq və ya 1-2 günə barışacaqlar kimi ifadələr səsləndirmək düzgün deyil. Bu, küskünlük deyil, siyasətdir".
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Həşim Səhrablı deyib.
"Onların münasibətləri öz ölkələri üçün atacaqları addımlara görə dəyişəcək. Fikirlər dəyişə bilər. Zelenski Rusiya işğalında olmaqdansa, təbii sərvətlərin 70%-ni belə ABŞ-a verməyi, Tramp isə Ukraynanın Rusiya tərəfindən işğal olunmağındansa, sərvətlərin 10-15%-i ilə qane olmağı seçə bilər. Belə olan halda tərəflər yenə müzakirəyə başlayacaqlar. Əks halda fikir ayrılıqları olmağa davam edəcək".
O bildirib ki, vəziyyət Avropanın, Türkiyənin və Çinin Ukraynanı dəstələməyinə görə dəyişəcək:
"İndiki geosiyasi reallıqda görünən odur ki, Trampın Avropaya və Ukraynaya arxa çevirməsindən sonra Çinə ehtiyac çoxalacaq. Avropa və Ukrayna Amerikanın oyundan çəkilməsi fonunda dünyanın digər gücü olan Çinə ehtiyac duyacaq. Çin öz regional maraqlarını təmin etmək, mümkün Amerika-Rusiya yaxınlaşmasının qarşısını almaq üçün Avropaya maraq göstərə bilər. Bütün bunlar sadəcə versiyadır. Tramp adminstrasiyası dünya siyasətinə elə bir qeyri-müəyyənlik gətirdi ki, artıq konkret heç nə demək mümkün deyil. Daha əvvəl heç kim deyə bilməz ki, Tramp Ukraynanın qarşısına bu cür ağır şərtlər qoyacaq. Bütün suallar hazırda cavabsız qalır. Zamana ehtiyac var, hadisələrin necə cərəyan edəcəyi yalnız o ana bağlıdır".
Əfsanə Kamal
Demokrat.az