Bu gün "Qalatasaray" və "Fənərbağça" növbəti oyunlarına çıxacaqlar

İDMAN 02 mart 2025, 11:57
Bu gün Türkiyə Superliqasında XXVI turun növbəti oyunları keçiriləcək.

Demokrat.az xəbər verir ki, turnir cədvəlinin lideri "Qalatasaray" səfərdə "Kasımpaşa"nın qonağı olacaq. Görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

"Cim-bom"un yaxın izləyicisi "Fənərbağça" isə evdə "Antalyaspor"u qəbul edəcək. Matçın start fiti 21:30-da səslənəcək.

"Qalatasaray" hazırda 64 xalla turnir cədvəlinə başçılıq edir. "Fənərbağça" isə 58 xalla 2-ci pillədə qərarlaşıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top