"Kim Maskdan narazıdırsa, onu işdən qovacam" — Tramp məmurlara xəbərdarlıq etdi

DÜNYA 27 fevral 2025, 18:40
Prezident Donald Tramp çərşənbə günü Nazirlər Kabinetinin ilk iclasını keçirib. 

İclasda Nazirlər Kabinetinin üzvü olmayan İlon Mask da iştirak edib. 

Tramp görüş zamanı Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Maskdan narazı olanları işdən qovmaqla hədələyib.

ABŞ prezidenti əlavə edib ki, Maskın həyata keçirdiyi ixtisarlar nəticəsində çox böyük məbləğdə pula qənaət edilib. 

Mask isə öz növbəsində, federal qurumlarda işçilərin sayını kütləvi şəkildə azaltmaq təşəbbüsünü həyata keçirən Hökumətin Effektivliyi Departamentinin (DOGE) işi haqqında danışıb. Artıq 20.000-dən çox insan işdən çıxarılıb, daha 75.000 nəfər kompensasiya müqabilində könüllü istefa verməyə razılaşıb və proses bu həftə də davam edir.
“Elondan narazı olan varmı? Əgər belədirsə, biz onları buradan qovacağıq”, - Tramp bildirib. 

CNN yazıb ki, onun bu sözləri nazirlərin alqışlarına səbəb olub.

Daha sonra Tramp qeyd edib ki, onun kabinetinin üzvləri Elona və onun gördüyü işlərə böyük hörmət bəsləyirlər, baxmayaraq ki, bəziləri “bir az razılaşmır”. “Ancaq sizə deyim ki, çox hissəsi nəinki xoşbəxtdir, həm də sevinir”, - deyə prezident əmin edib. (Savashmedia.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 fevral 2025, 13:20
Top