"Pakistanın baş nazirinin Azərbaycana səfəri bir daha Pakistanla ölkəmiz arasında münasibətlərin inkişafının önəmini göstərdi. Azərbaycanla Pakistan arasında münasibətlər hər zaman dostluq, qardaşlıq səviyyəsində olub. Müharibədən əvvəl və sonra hər zaman Pakistan Qarabağ məsələsində Azərbaycana tam dəstək olub. Təsadüfi deyil ki, Azərbaycan xalqı Pakistanın dəstəyini hər zaman yüksək qiymətləndirib. Xalqımız Türkiyə bayrağı ilə birlikdə Pakistan bayrağı da dalğalandırırdı. Baş nazirin Cənab İlham Əliyevlə görüşü ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir".
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Zeynal Əmrəliyev deyib.
"Hazırda Azərbaycanın Pakistanda müəyyən layihələr icra etməsi məsələsi qaldırılıb. 2 milyard dollar dəyərində sərmayenin qoyulması ilə bağlı razılıq əldə olunmuşdu. Prosesin həyata keçirilməsinə başlanacaq. Böyük ehtimalla bu əsasən enerji sektoru çərçivəsində olacaq. Pakistanda bir neçə layihənin Azərbaycan tərəfindən həyata keçirilməsi məsələsi aktualdır. Pakistanda sənaye yataqlarının istismarı məsələsi Azərbaycanın diqqətindədir. Pakistan nüvə dövlətidir və ordusu yüksək səviyyədə təşkil olunub. İki dövlət arasında müdafiə sahəsində əməkdaşlıq genişləndirilə bilər. Hər iki ölkə müxtəlif platformalarda bir-birinə hər daim dəstək olurlar. Səfərdən sonra bu dəstək daha da aktuallaşacaq".
Əfsanə Kamal
Demokrat.az