Fikrət Əmirov I Ümumrespublika Musiqi Festivalı keçiriləcək — VİDEO

MƏDƏNİYYƏT 24 fevral 2025, 23:57

Azərbaycanda ilk dəfə 04-09 mart 2025-ci il tarixində görkəmli Azərbaycan bəstəkarı, əbədiyaşar Fikrət Əmirovun adını daşıyan Gəncə Dövlət Filarmoniyasının təqdimatında Fikrət Əmirov I Ümumrespublika Musiqi Festivalı baş tutacaq. 

Demokrat.az xəbər verir ki, festival çərçivəsində Fikrət Əmirovun həyat və yaradıcılığına həsr olunmuş elmi seminar, bəstəkarın əsərlərindən ibarət konsert proqramları, “Gəncənin döyünən ürəyi” adlı film və kitabın təqdimatı, “Sevil” operası, “Min bir gecə” baleti nümayiş etdiriləcək. 

9 mart tarixində baş tutacaq festivalın təntənəli bağlanış mərasimi Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının yaradılmasının 90 illik yubileyinə həsr olunacaq.
 


SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 fevral 2025, 00:11
Top