"Turun oyunlarının keçiriləcəyi bütün stadionlar diqqət mərkəzindədir. İlk növbədə təbii ki, bu gün "Neftçi" - "Sumqayıt" oyununun keçiriləcəyi "Neftçi Arena"ya xüsusi diqqət yönəldilib".
Demokrat.az xəbər verir ki, bu sözləri Publika.az-a Peşəkar Futbol Liqasının media və marketinq direktoru Sənan Abdullayev ölkədəki qarlı hava şəraitinin Azərbaycan Premyer Liqasının 24-cü turunun oyunlarının təşkilinə təsiri və görüşlərin təxirə salınma ehtimalı barədə danışarkən deyib.
"Ot örtüyünə düşmüş qarın hündürlüyü çox deyil. Yalnız cüzi buzlama var və yumşalması gözlənilir. Ardından texnikalar işə düşəcək və oyuna qədər meydanın hazır vəziyyətə gətirilməsinə çalışacaqlar. Bütün klublara qırmızı toplar təqdim olunub. Hər bir komanda diqqət mərkəzindədir".
Sənan Abdullayev turun bölgədə keçiriləcək yeganə matçı, "Şamaxı" - "Turan Tovuz" oyunu barədə də danışıb. PFL rəsmisi Şamaxı şəhər stadionunda əlavə tədbirlərin görüldüyünü bildirib:
"Hər hansı müraciət olan kimi operativ şəkildə dəstək veririk. Şamaxıda yağan qarın hündürlüyü daha çoxdur. Amma bunu təxmin etdiyimizdən, daha öncədən AFFA və klubla koordinasiyalı şəkildə çalışmışıq, texnikanın sayı artırılıb.
Bu dəqiqə işlərimiz hər hansı problemin olmaması yönündə sürətli şəkildə davam edir. Fors major hal olarsa, təbii ki, ictimaiyyətə məlumat veriləcək".