Cərrahi əməliyyatları çəkib paylaşmaq olar? — Həkimlərdən çağırış

GÜNDƏM 19 fevral 2025, 19:29

Azərbaycanda daha bir həkimə xəbərdarlıq edilib. Cərrah Ruslan Ağayev əməliyyat zamanı "TikTok”da canlı yayım açıb.
 
Məlumata əsasən, həkim Səhiyyə Nazirliyinə dəvət olunub. Ona Səhiyyə Nazirliyinin 137 nömrəli əmri – "Həkimin Etik Davranış Qaydaları”nın müvafiq bəndlərinin tələblərinə riayət olunmasının vacibliyi” ilə bağlı xəbərdarlıq edilib. 

Əməliyyat zamanı canlı yayım açan həkim xəstənin razılığını almalıdırmı? 

Professor Adil Qeybulla Qaynarinfo-ya açıqlamasında bildirib ki, xəstənin xəbərdar edib-etməmək məsələnin mənəvi tərəfidir:

"Hələ hüquqi tərəflərini demirik. Amma bu həkim reklamlarının tərkib hissəsidir. Əməliyyat otağından prosesi nümayiş etdirilməsi yalnız bu anlama gəlir. Bu da xəstənin hüququnun pozulmasıdır”. 
 



Adil Qeybulla bu məsələyə son qoyulmasını tələb edib:

"Bizdə Səhiyyə Nazirliyinin "Həkimin etik davranış qaydaları” kodeksi mövcuddur. Amma yaxşı olar ki, həkim etikası kodeksi də olsun. Bu, həkimlə xəstə, həkimlə tibb işçiləri arasında bütün hüquqi münasibəti tənzim edən bir qanun olardı. Dünyanın hər yerində bu var. Bizdə də olmalıdır. Həkimin davranəşlarını yalnız Hippokrat andının öhdəsinə buraxmaq olmaz. Hippokrat andı mənəvi bir addımdır. Qanun olmalıdır ki, hüquqi-məsuliyyət yaradan bütün addımlar orada təsbit olunmalıdır”. 

Həkim-radioloq Aydın Əliyev Qaynarinfo-ya açıqlamasında burada məsələnin birmənalı olmadığını qeyd edib:
 



"Həkim cərrahi əməliyyat zamanı elmi-praktik olaraq xəstənin üzünü göstərməmək şərti ilə hansısa bir cərrahi əməliyyatın texnikası, icra edilməsi qaydası, həmin əməliyyat növünün optimallaşdırmaq, gənc həkimlərə, tələbələrə göstərmək üçün əməliyyatın gedişini video çəkib paylaşırsa, bunu ancaq alqışlamaq lazımdır. Təcrübəli həkim gənc həkimləri və tələbələri öyrədir. Belə həkimlərimiz var. Amma bir də var reklam xarakterli həkimlər-ucuz, şit hərəklər edir, biri tort gətirir, biri etika qaydalarını gözləmir. Bu kimi hallar yolverilməzdir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 fevral 2025, 09:26
Top