Mahir Emreli hansı şərtlə klubundan ayrılacaq? — RƏSMİ CAVAB

İDMAN 18 fevral 2025, 09:51
Almaniyanın "Nürnberq" klubunun İdarə Heyətinin üzvü Joti Çatzialexiu Mahir Emrelinin komandadan hansı şərtlə ayrıla biləcəyini açıqlayıb.

Demokrat.az xəbər verir ki, funksioner bu barədə "Bild" nəşrinə açıqlama verib.

Onun sözlərinə görə, 27 yaşlı hücumçu ilə maraqlanan Cənubi Koreya təmsilçisi "Seul"dan təkmilləşdirilmiş təklif olmayıb:

"Mahirin bəlli qiymətinin olması mənə aydındır. Yalnız bundan sonra həqiqətən dəyişiklik haqqında düşünməyə hazır olacağıq".

İdarə Heyətinin üzvü Emrelinin məşqlərə başladığını da söyləyib:

"Artıq məşqlərdən kənarlaşdırılmayacaq. Mən də onunla bu məsələni müzakirə etmişəm. Biz təzyiq altında deyilik. Cənubi Koreya təmsilçisi bizimlə yenidən əlaqə saxlayacaqmı? Bunu etməsələr, Mahir "Nürnberq" üçün oynamağa davam edəcək və inanıram ki, qollarını da vuracaq".

Qeyd edək ki, Mahir Emreli ötən yay Zaqreb "Dinamo"sundan "Nürnberq"ə keçib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 fevral 2025, 22:58
Top