Drujba kəməri ilə Qazaxıstandan Macarıstana sınaq neftinin tədarükü 2025-ci ildə həyata keçiriləcək.
Demokrat.az xəbər verir ki, bu barədə Qazaxıstan Energetika Nazirliyinin saytında məlumat verilib.
İdarənin mətbuat xidmətindən verilən məlumata görə, Qazaxıstanın energetika naziri Almasadam Satkaliyev ilə Macarıstanın xarici iqtisadi əlaqələr və xarici işlər naziri Peter Szijjarto arasında keçirilən görüşdə Qazaxıstan neftinin Macarıstana çatdırılması məsələləri müzakirə olunub.
“2025-ci il ərzində sınaq tədarükü ilə bağlı razılıq əldə olunub”, - deyə məlumatda bildirilir.
Dekabrın sonunda Szijjarto Rusiyadan Macarıstana "Drujba" kəməri ilə neft tədarükünün bərpa olunduğunu elan edib.
Əfsanə Kamal
Demokrat.az