Hər kəsin diqqət etmədiyi mühüm lipid profil göstəriciləri trigliseridlərdir. Yüksək səviyyəli trigliseridlər qanda dolaşan yağın əsas formasıdır, bu isə bir insan üçün yalnız artıq çəki əldə etmək riskini daşımır, həm də orqanizmin xərçəng və infarkt riskini artırır.
Bizim.Media xəbər verir ki, endokrinoloq Yekaterina Yanq özünün Telegram kanalında trigliseridləri artıran qidalar haqda yazıb:
"Biz tez-tez xolesterin və mənfi təsirli LDL haqqında danışırıq, lakin bu marker kölgədə qalır. Qan damarlarının divarlarında yağ yataqları görünəndə aterosklerozun inkişaf riski də artır. Tədricən onlar infarkt riskini artıran eyni təhlükəli lövhələrə çevrilirlər.
Yüksək trigliseridlər iltihablı proseslər və ya ürək xəstəliyinə irsi meyl olduqda bir sıra təhlükəli xəstəliklərin inkişafını sürətləndirə bilər. Bundan əlavə, bu göstərici yüksəlirsə, metabolik sindrom barədə xəbərdarlıq edir”.
Yekaterina Yanq vurğulayıb ki, bu halda üç məhsulu rasionda azaltmaq lazımdır. Bunlar şəkər, un məmulatları və şirin içkilərdir. Bu qidalar hətta kolbasa və sosislərdən daha zərərlidirlər. Çünki onların hər biri qanda trigliseridləri artırırlar.
Həkim qeyd edib ki, qanda trigliserid səviyyəsini mütəmadi olaraq yoxlamaq da vacibdir. Üstəlik, ailədə ürək-damar xəstəlikləri, şəkərli diabet və ya digər metabolik pozğunluqlar varsa, bu yoxlanışları axsatmaq olmaz.