Fon der Lyayen: "Aİ Ukraynanın ittifaqa qoşulmasını sürətləndirmək niyyətindədir"

DÜNYA 14 fevral 2025, 20:00
Avropa İttifaqı Ukraynanın ittifaqa qoşulması prosesini sürətləndirmək niyyətindədir.

Oxu.Az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Münhen Təhlükəsizlik Konfransında Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen deyib.

"Ukraynanın Aİ-yə daxil olması prosesini sürətləndirmək üçün işimizi gücləndiririk. Biz artıq əhəmiyyətli irəliləyiş əldə etmişik. Amma indi daha çox iş görməyin vaxtıdır. Milli büdcələrin xərcləmə imkanlarının artırılması, ümumi Avropa layihələrinin maliyyələşdirilməsi və Ukraynanın qoşulması prosesinin sürətləndirilməsi yeni Avropanın məqsədləri olmalıdır", - o bildirib.

Ukraynadakı münaqişədən danışarkən, AK rəhbəri Aİ-nin güc vasitəsilə sülhə nail olmaq istədiyini bəyan edib.

"Ukraynaya güc vasitəsilə sülh lazımdır. Avropa güc vasitəsilə sülh istəyir", - o qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top