"Ramiz Rövşənin yanında bununla fəxr edə bilmərəm"

MƏDƏNİYYƏT 14 fevral 2025, 19:08

"Özümü bir şair kimi hiss etmək mənə çətindir".

Bu sözləri iş xanımı Ruhiyyə Əliyevanın "Qaranlıqda həqiqət" layihəsinin qonağı olan filologiya elmləri doktoru, professor Kamal Abdulla deyib.

"Dostum, əsl şair Ramiz Rövşənin yanında şeir yazmağımla fəxr edə bilmərəm. Amma hərdən yeri gələndə uydururam da" deyə, o, bildirib.

Tələbələrindən danışan K.Abdulla "Hər bir halda öyrənmək daha asan və daha doğru bir yoldur. Çünki həmişə öyrənməyə ehtiyac var. Tələbəmdən də öyrənirəm. Deyə  bilərsiniz ki, gəlmisən ona dərs keçməyə, ondan necə öyrənə bilərsən? Onun baxışından, reaksiyasından öyrənirəm" deyə, əlavə edib.(axsam.az) 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 fevral 2025, 12:51
Top