Dünyanın ən yaşlı və ən gənc dövlət başçıları — SİYAHI

MARAQLI 11 fevral 2025, 12:53
Bütün dünyada siyasi hakimiyyətlər getdikcə daha çox yaşlı kişilərin nəzarətinə keçir.

Demokrat.az Yeniavaz.com-a istinadən xəbər verir ki, belə bir məlumatı məşhur “Bild” nəşri yayıb.

Bildirilir ki, hazırda dünyada yaşayan təxminən 8 milyard insanın 5,4 milyardı və ya 67,5%-i 70 yaşdan yuxarı kişilərin hakimiyyəti altındadır.

Qadınlar isə 380 milyon insanı idarə edir ki, bu da dünya əhalisinin 5%-dən bir qədər azını təşkil edir. Qadınların rəhbərlik etdiyi cəmi 28 ölkə var. Onların arasında ən böyüyü Meksika və İtaliyadır. Ən gənc hökumət başçısı İslandiyanın Baş naziri Kristrun Frostadottirdir. Onun cəmi 37 yaşı var.

Yaşa görə hazırkı rekordçu Kamerun Prezidenti Paul Biyadır. Onun 92 yaşı var və 42 ildir bu vəzifədədir.

Qeyd edək ki, dünyada yaşı 80-dən çox olan 24 dövlət və hökumət başçısı var:

Kamerun Prezidenti Paul Biya – 92 yaş;

Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz əs-Səud – 90 yaş;

Fələstin Prezidenti Mahmud Abbas – 90 yaş;

Vatikan başçısı Papa Fransisk – 89 yaş;

Norveç Kralı 5-ci Harald – 88 yaş;

İranın Ali rəhbəri Əli Xamenei – 86 yaş;

Küveytin Əmiri Mişal əl-Əhməd əl-Cabir əs-Sabah – 85 yaş;

İrlandiya Prezidenti Maykl Deniyel Hiqqins – 84 yaş;

İtaliya Prezidenti Serco Mattarella – 84 yaş;

Namibiya Prezidenti Nanqolo Mbumba – 84 yaş;

Kot-d'İvuar Prezidenti Alassan Uattara – 83 yaş;

Ekvatorial Qvineya Prezidenti Teodoro Obianq Nqema Mbasoqo – 83 yaş;

Zimbabve Prezidenti Emmerson Dambudzo Mnanqaqva – 83 yaş;

Konqo Prezidenti Deni Sassu-Nqesso – 82 yaş;

Avstriya Prezidenti Aleksander Van der Bellen – 81 yaş;

İraq Prezidenti Əbdüllətif Camal Rəşid – 81 yaş;

Liberiya Prezident  Cozef Boakai – 81 yaş;

Uqanda Prezidenti Yoveri Kaquta Museveni – 81 yaş;

Nepal Prezidenti Ram Çandra – 81 yaş;

Əlcəzair Prezidenti Əbdülməcid Təbbun – 80 yaş;

Braziliya Prezidenti Luis İnasiu Lula da Silva – 80 yaş;

Laos Prezidenti Txonqlun Sisulit –80 yaş;

Lixtenşteyn Şahzadəsi II Hans-Adam – 80 yaş;

Nikaraqua Prezidenti Daniel Orteqa – 80 yaş.

Onu da qeyd edək ki, dünyada yaşı 40-dan az olan cəmi 6 dövlət və hökumət başçısı var:

Burkino-Faso Prezidenti İbrahim Traore – 37 yaş;

İslandiya Baş naziri Kristrun Frostadottir – 37 yaş;

Tailand Baş naziri Paetonqtarn Çinavat – 38 yaş;

Çili Prezidenti Qabriel Boriç – 39 yaş;

Monteneqro Baş naziri Dritan Abazoviç – 40 yaş;

Finlandiya Baş naziri Sanna Marin – 40 yaş.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
11 fevral 2025, 16:37
Top