Yol polisi bilmədən nazirin maşınını saxlayıb görün nə dedi — VİDEO

DÜNYA 07 fevral 2025, 14:28

Türkiyənin Nəqliyyat və infrastruktur naziri Abulkadir Uraloğlu tikintisi başa çatan yolun açılışına gedərkən xidməti avtomobilini özü idarə edib. Yolda onu saxlayan polis əməkdaşı naziri tanımayıb. Uraloğlu ilə jandarma arasında yaşanan dialoq maraq doğurub.

Nazirə yaxınlaşan jandarma əməkdaşı əvvəlcə onu tanımayıb. Uraloğlu, "Yolun açılışını edəcəyik, icazə versəniz," deyə bildirib.

"Buyurun, keçə bilərsiniz" cavabını verən jandarma əməkdaşı daha sonra qarşısındakının nazir olduğunu anlayıb. Uraloğlu ilə jandarma arasındakı səmimi dialoq gülüş doğurub. (Milli.Az)

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top