Tanınmış müğənni, iş adamı Emin Ağalarov avtomobili idarə edərkən başına gələn maraqlı hadisəni izləyiciləriylə paylaşıb.
O, paytaxtın “Sea Breeze” adlanan ərazisində “GMC” markalı avtomobillə hərəkətdə olarkən nəqliyyat vasitəsinin əyləc borusu qəfil qırılıb. Kadrlardan da göründüyü kimi, sözügedən ərazidəki yolda daş qırıntıları var. Güman olunur ki, təkərin altından sıçrayan daş parçası maşının əyləc borusunu yerindən qoparıb. Lakin avtomobildə olan sərnişinlər - müğənninin dostları qarşılaşdıqları xoşagəlməz hadisəni qısa zamanda aradan qaldırıblar. Belə ki, onlar əyləc borusunu nəqliyyat vasitəsinin ayaqaltına bağlayaraq maşını işlək vəziyyətə gətiriblər.
Yenidən sükan arxasına keçən Emin Ağalarov dostlarının operativ müdaxiləsini gülərək maraqla qarşılayıb. (Avtosfer.az)