Bəzi mağazalar və yaxud restoranlar müştərilərə POS-terminalların xarab olduğunu bildirir. Ödənişi ya nağd şəkildə, ya da karta göndərilməsini xahiş edirlər. Bir çox müştərilər bu kimi hallardan şikayətçi olduğunu bildirirlər. Hətta bəzən terminallar işlədiyi halda sahibkarların terminalla ödənişi qəbul etmədiklərinin şahidi oluruq.
Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən hüquqşunas Ruslan Mustafayev bildirib ki, son dövrlərdə vətəndaşlar məhz bu mövzunu tez-tez müzakirə edirlər:
“Əsasən də sosial şəbəkələrdə bu mövzuda kifayət qədər çoxlu məlumatlar, şikayətlər yayılır, müzakirələr aparılır.
Ümumiyyətlə, bütün dünyada nağdsız ödənişlərin aparılması stimullaşdırılır, bunun da məqsədi, təbii olaraq, vergi aşkarlığının təmin edilməsi məqsədi daşıyır. Yəni, nəğdsiz aparılan ödənişlərdə şəxslərin, vergi ödəyicilərinin vergidən yayılma halları demək olar ki, qeyri-mümkündür. Amma nəğd ödəniş və yaxud kartdan karta ödənişlərin həyata keçirilməsi vergi orqanlarının izləmə imkanlarını məhdudlaşdırır. Bu da şəxslər üçün vergidən yayınmağa şərait yaradır”.
Hüquqşünas onu da qeyd edib ki, bəzi iaşə obyektlərində, mağaza və dükanlarda ödənişin məqsədli şəkildə nağdsız həyata keçirilməsinin şahidi oluruq:
“Bunun yeganə məqsədi təbii olaraq vergidən yayınma halıdır. Vergi orqanları və digər dövlət qurumları ümumiyyətlə bu sahədə ciddi araşdırmalar aparırlar. Nəticələrə görə əgər obyektlər tərəfindən nəğdsiz ödənişin həyata keçirilməsinə bilərəkdən məqsədli şəkildə maneələr yaradıldığı təqdirdə həmin şəxslə məsuliyyətə cəlb olunurlar.Qanunvericilikdə fiziki şəxs, vəzifəli şəxs və hüquqi şəxslər üçün müvafiq cəzalar nəzərdə tutulur. Əgər bu məbləğlər qanunvericilikdə müəyyən edilmiş miqdardan artıqdırsa, orada həmin şəxslərə qarşı cinayət işinin başlanılması imkanları da var. Bu tədbirlər çərçivəsində qanunvericiliyin tərəflərini pozan şəxsləri kifayət qədər böyük məbləğdə cərimələr gözləyir. Ona görə bizdə bütün müsahibələrimizdə, çıxışlarımızda, iştirak etdiyimiz müzakirələrdə belə obyektlərin, vergi ödəyicilərinin nəğdsiz ödənişlərin edilməsinə imkanların yaradılmasını təbliğ edirik. Bu kimi addımlardan, yəni vergidən yayılma hallarından kənar durmağı məsləhət edirik”.
Leyla Turan
Demokrat.az