"Məsələ araşdırılmalıdır. Əgər kütləvi hal varsa, belə olduğu halda ciddi tədbirlər görülməlidir. İstənilən halda uşaqların cinsi zorakılıq və cinsi istismarla bağlı Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq konvensiyaya uyğun olaraq təhsil haqqında qanunun 11-ci maddəsi, ümumtəhsil haqqında qanununun da 13-cü maddəsində açıq göstərilib ki, məktəblərdə uşaqlara bu sahədə məlumatlar verilməlidir".
Bu sözləri Demokrat.az-a açıqlamasında təhsil eksperti Elşən Qafarov deyib.
"Xüsusən də İKT ilə bağlı olan bu kimi zorakılıqlarla bağlı məlumatlar veriləndə hətta, valideynlər də dəvət olunmalıdır. Sinif rəhbərləri, məktəb psixoloqu, uşaq birliyi rəhbəri, təşkilatçı müavinin məktəbin bütün müəllimlərinin vəzifələrindən biri də şagirdlərə bu tipdə maarifləndirici söhbətlərin aparılmasıdır. Konkret halda isə bu araşdırılmalıdır. Bu halın neçə dəfə yaşandığını araşdırmaq lazımdır. İstənilən halda məktəbdə aidiyyəti şəxslərin vəzifə borcudur ki, şagirdlərlə bu və ya digər mövzularda maarifləndirici söhbətlər aparsınlar.
Əfsanə Kamal
Demokrat.az