Azərişıq rəsmisi: "Elektromobillərdən istifadə sahəsində COP-29 ərəfəsində ciddi addımlar atılıb"

İQTİSADİYYAT 07 fevral 2025, 17:17
"“Azərişıq” ASC tərəfindən son illərdə həyata keçirilən ən uğurlu layihələrdən biri ekoloji cəhətdən faydalı olan elektromobillərdən istifadənin təşviq edilməsidir. Bu sahədə son 1 il ərzində, xüsusən ötən il noyabrın 11-dən 22-dək ölkəmizdə keçirilən COP-29 ərəfəsində ciddi addımlar atılıb".

Demokrat.a
z xəbər verir ki, bu sözləri "Azərişıq" ASC-nin Mətbuat və İctimaiyyətlə əlaqələr İdarəsinin rəisi Vaqif Aydınoğlu Zəngilanda keçirilən mətbuat konfransında deyib. 

O bildirib ki, paytaxtda və regionlarda, eləcə də işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzurda yaşıl enerji ilə dəstəklənən enerjidoldurma məntəqələri (EDM) quraşdırılaraq dayanıqlı elektrik enerjisi ilə təmin edilib:

"Bakı şəhəri və ətraf ərazilərdə 22, İşğaldan azad olunmuş ərazilərdə 7, digər regionlarda 15 EDMquraşdırılıb. Bir ədəd 60 kVt-lıq EDM məntəqəsinin Qusar şəhərində Şahdağ istirahət kompleksi yolunda quraşdırılması yekunlaşıb və program təminatına inteqrasiyası həyata keçirilir.Görülən işlər həm də alternativ enerji mənbələrinin inkişaf etdirilməsinə hədəflənib".


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
07 fevral 2025, 19:59
Top