İnsult keçirən Faytonçu Nazimin vəziyyəti stabildir

ŞOU-BİZNES 07 fevral 2025, 12:10
İnsult keçirən (Faytonçu) Nazim Pişyarinin müalicəsi davam etdirilir, vəziyyəti stabildir.

Bu barədə "Report"a müğənninin sənət dostu məlumat verib.

"Sonuncu dəfə dünən danışdıq. Hər şey yaxşıdır. Vəziyyəti müsbətə doğru gedir",- o bildirib.

Xatırladaq ki, (Faytonçu) Nazim yanvarın 30-da qapalı kəllə-beyin travması ilə Kliniki Tibbi Mərkəzə təxliyə olunub. O, müayinələrdən sonra işemik insult diaqnozu ilə özəl müəssisələrdən birinə hospitalizasiya olunub.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top