![](https://demokrat.az/cdn/uploadedfiles/custom/2025/2/7/1/e09e49f5-568e-4c46-9e9d-3da137cb6622/x.jpg)
“Rusiya üçün öz səhvlərini və törətdiyi cinayətləri boynuna almamaq normal siyasətdir. Oxşar vəziyyət 2014-cü ildə Donetsk reysi ilə uçan Boeing "MH17" təyyarəsinin vurulması zamanı da yaşanıb”.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında ukraynalı politoloq, hərbi ekspert Aleksandr Kovalenko deyib.
Rusiya tərəfindən Azərbaycan sərnişin təyyarəsinin dekabrın 25-də vurulmasını şərh edən analitik, Moskvanın məsuliyyətdən yayındığını bildirib.
Kovalenko həmçinin Rusiya mediasının və rəsmi şəxslərinin guya təyyarənin Ukrayna tərəfindən vurulması şərhlərini verməsini, Moskvanın riyakər davranışı kimi qiymətləndirib.
“Rusiya Donetsk reysi ilə uçan Boeing "MH17" təyyarəsinin vurulması zamanı da bütün günahı Ukraynanın üstünə atmağa çalışırdı. İndi də Rusiya Ukraynanı günahlandırır. Azərbaycanın “Embraer 190” təyyarəsinin Rusiyanın zenit raketləri ilə vurulması faktının olmasına baxmayaraq, Rəsmi Moskva məsuliyyətdən yayınmağın yollarını axtarır. Çünki üzr istəmək məcburiyyətində qalmaq istəmir.
Ümumiyyətlə, Rusiya heç vaxt üzr istəmir. Hətta ən qanlı və açıq-aşkar etdiyi cinayətlərə görə də. Düşünürəm ki, Azərbaycan yaxın gələcəkdə Rəsmi Moskvadan üzürxahlıq eşitməyəcək.
Rusiya bacardıqca törətdiyi cinayətə görə məsuliyyətdən yayınmağa çalışacaq”, - deyə A.Kovalenko bildirib.
Xatırladaq ki, 2014-cü ilin iyulunda Amsterdamdan Kuala-Lumpura uçan, "Malaysia Airlines" aviaşirkətinə məxsus "Boinq-777" təyyarəsi Ukraynanın cənub-şərq hissəsində vurulmuş, təyyarənin göyərtəsində olan 298 nəfər həlak olmuşdu. Təyyarənin Rusiya tərəfindən işğal olunmuş Donbasın hava məkanında, məhz Rusiyaya aid silahla vurulması təsdiqlənsə də, Moskva bu günə qədər də məsuliyyəti öz üzərinə götürmür, əsassız yerə Ukraynanı günahlandırır.