![](https://demokrat.az/cdn/uploadedfiles/custom/2021/11/13/1/3d291647-4069-4a9d-857d-9e5e1260925f/ilyas-huseynov.jpg)
İran və Ermənistan “Hərtərəfli Strateji Əməkdaşlıq Planı” adlı sənəd üzərində işləyir. Bunu həmin ölkənin Ermənistandakı səfiri Mehdi Sübhani deyib.
Bu sənəd bölgə üçün hansı təhlükələri yaradır?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən politoloq İlyas Hüseynov bildirib ki, İran və Ermənistan arasında ötən 5 il ərzində kifayət qədər ciddi yaxınlaşma hiss olunur:
“Bu, hər iki tərəfin də maraqlarına uyğun addımlar kimi təqdim olundu. Amma bir çox hallarda İran öz maraqlarını Ermənistana təqdim etməyə çalışır. İran Zəngəzur dəhlizinə qarşı çıxır, İran Ermənistana başa salmağa çalışır ki, bu, dəhliz onun ziyanınadadır. Dəhliz regionda geopolitik nizamı pozur, yeni sərhədləri formalaşdırır. Ermənistan bu sərhəd ilə bağlı məsələlərdən, dəhlizin açılmasından əl çəkməlidir və bunu açıq şəkildə bir direktiv kimi İranın dini və siyasi rəhbərliyi Ermənistana izah etməyə çalışır”.
Politoloq onu da qeyd edib ki, İranın əsas məqsədi bundan ibarətdir ki, Ermənistanın Sünik bölgəsinə, yəni tarixi qərbi Azərbaycan torpaqlarına öz qoşunlarını yeritsin:
“Hansı adla bunu etmək istəyir, bu da ciddi suallar yaradır. Eyni zamanda Qafanda İran öz konsulluğunu açdı və bu konsulluqda hansı məqsədlərə xidmət edir, hələ də naməlum olaraq qalmaqdadır. Yəni, konsulluğun əsas məqsədi vətəndaşların hüquqlarını qorumaq və konsulluğa aid olan məsələləri həll etməkdir. Bu bölgədə isə iranlılar bildiyimiz kimi yoxdur, yəni məsələ siyasi xarakter daşıyır. Eyni zamanda hazırda “Hərtərəfli Strateji Əməkdaşlıq Planı” adlı sənəd üzərində də Tehran və İrəvan işləyir. Burada da Ermənistan üzərində İran öz maraqlarını daha geniş şəkildə təmin etməyə çalışacaq. Digər bir fikir bundan ibarətdir ki, Rusiyanın Ukrayna savaşında Cənubi Qafqaz maraqları itirilib və İran bu maraqları qapamaq, öz nüfuz dairəsini genişləndirmək məqsədlərini irəli sürür. Bu baxımdan Ermənistana lövbər salır. Ermənistanda öz maraqlarını genişləndirmək istəyir və bu xüsusda fəaliyyət genişlənməkdədir. Hesab edirəm ki, İran həm də Azərbaycanın maraqlarını burada nəzər almalıdır. Şimal-Cənub nəqliyyat dəhlizi kifayət qədər mühüm nəqliyyat arteriyasıdır. Bölgədəki dövlətlərin maraqlarına xidmət edilir. Məhz bu kontekstdə eyni zamanda yeni geosiyasi reallıqlar və Azərbaycan ərazi bütövlüyü müstəvisində bütün məsələlər öz həlinə tapmalıdır”.
Leyla Turan
Demokrat.az