Qırmızıkənd ovçuluq təsərrüfatının ərazisində qanunsuz ova cəhd edən şəxs saxlanıldı

HADİSƏ 07 fevral 2025, 14:53
Şirvan Milli Parkının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Qırmızıkənd ovçuluq təsərrüfatının ərazisində qanunsuz ova cəhd edən şəxs saxlanılıb.

Demokrat.az xəbər verir ki, bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidməti məlumat yayıb.

Qeyd olunub ki, araşdırma zamanı ova cəhd edən şəxsin Masallı rayonu Xırmandalı kənd sakini Elnur İsmayılov olduğu məlum olub və ondan ov tüfəngi götürülüb.

Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbir görülüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top