Sənədsiz evlərdə yaşayan vətəndaşların işıq təminatı necə olacaq? — AÇIQLAMA

GÜNDƏM 07 fevral 2025, 16:41
2024-cü ilin oktyabr ayında sənədsiz evlərdə yaşayan vətəndaşlara kommunal xidmətlərin göstərilməməsi haqqında qanun qəbul edilib. "Azərişıq" ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə sənədsiz evlərə işıq təminatı haqqında açıqlama verib. 

Demokrat.az
xəbər verir ki, o, Zəngilanda keçirilən brifinqdə bildirib ki, qanun qanundur, "Azərişıq" ASC qanunları poza bilməz:

"İstisna hallar ola bilər. Vətəndaş sənədlərini itirmiş ola bilər. Ancaq vətəndaşın evlə bağlı heç bir sənədi yoxdursa, biz sayağacın qoyulması üçün qanunu poza bilmərik".

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top