Tramp "Yeni Qəzza" üçün varlı körfəz ölkələrindən pul tələb edir

DÜNYA 07 fevral 2025, 13:55
ABŞ prezidenti Donald Tramp Qəzzaya nəzarət etmək və bölgəni "Yaxın Şərqin Rivyerası"na çevirmək planını inkişaf etdirməyə davam edir. 

Demokrat.az xəbər verir ki, o, fələstinlilərin qonşu ölkələrə köçürülməsini, daha sonra isə Qəzza ərazisində dünya səviyyəli kurortun inşa edilməsini təklif edib. 

Lakin Trampın fikrincə, bu layihəni maliyyələşdirməli olan tərəf ABŞ deyil, Fars körfəzinin zəngin neft monarxiyalarıdır.

"Middle East Eye" nəşrinin məlumatına görə, Tramp Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə təzyiq göstərərək, onlardan Qəzzanın bərpasına sərmayə yatırmasını tələb edir.

Jalə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top