Fransanın "Vətənpərvərlər" partiyasının lideri Florian Filippo Prezident Emmanuel Makronun üçüncü prezidentlik müddətinə namizədliyini irəli sürmək üçün Konstitusiya Şurasının sədri vəzifəsinə Riçard Ferranı təyin etməklə dövlət çevrilişinə hazırlaşdığını iddia edib.
Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən politoloq Zaur İbrahimli bildirib ki, Avropa parlamentində keçirilən seçkilər və onun ardından isə Fransa parlamentində keçirilən növbədənkənar seçkilər göstərdi ki, Makronun partiyası, onun tərəfdarları cəmiyyətdə kifayət qədər dəstəyə malik deyil:
“Əslində, faktiki olaraq o respublika baryeri tətbiq edərək, ultra sağçılarla birləşərək sol qüvvələrin iqtidara gəlməsinə mane oldu. Hələ də sol cinah hesab edir ki, bu, əslində formal nöqteyi-nəzərdən konstitusiya çevrilişi adlana bilərdi. Çünki siyasi manipulyasiyalarla seçicilərin səslərini qazanmış siyasi qüvvələri iqtidara gəlməyə qoymadılar. Bunun üçün formal hüquqi prosedurlardan sui-istifadə etdilər. Makron iqtidarı siyasi baxımdan yetərli dəstəyə malik deyil. Ötən il keçirilən sorğular göstərdi ki, əhalinin 70 %-dən çoxu Makronun siyasətindən narazıdır. Əslində, Makron hazırda Fransanın tarixindəki rəhbərlərindən ən az dəstəyə malik dövlət başçısı kimi tarixə düşür. Bu baxımdan Makronun təyinatı əslində, onun özünü impiçment qorumaq və özünə qarşı hər hansı hüquqi prosedurlara qarşı preventiv adım kimi qiymətləndirilə bilər. Əlbəttə, onun abonentləri bunun konstutusiya çevrilişinə hazırlıq kimi qiymətləndirirlər. Makronu da artıq Napoleon sayağı siyasət yeritməkdə ittiham edirlər”.
Politoloq onu da qeyd edib ki, Makron xüsusən ikinci dönəmində Fransa siyasi ənənələrini zidd olaraq avtoritar hakim kimi özünü aparır, siyasi qərarların qəbulunda abonentlərin fikirlərinə yer vermir:
“Bu baxımdan onlar bu məsələni gündəliyə gətirməklə Makronun onsuz da zəif olan siyasi reputasiyasına zərbə vurmağa çalışırlar. Əsas vəzifə də Makron hökumətinin dağılması və hökumət quruculuğunun onun abonentlərini keçməsini təmin etməkdir. Fransada konstitusiyanın dəyişimi çox mürəkkəb bir prosesdir. Bunun üçün Makronun nə parlamentdə, nə də əhali arasında dəstəyi var. Bu baxımdan isə düşünmürəm ki, məhz konstitusiya çərçivəsində hazırlıqdır. Makron özünü qorumaq üçün bu addımı atıb. Çünki artıq bir dəfə onun impiçment məsələsi parlamentdə gündəliyə gəlmişdi, lakin bu çox mürəkkəb prosedurdur. Əvvəldən də bəlli idi ki, bu prosesi sona qədər çatdırmaq mümkün olmayacaq. Lakin görürük ki, mütəmmədi olaraq Fransa parlamentində Makron iqtidarına qarşı etimadçılıq səs verilməsi keçilməsinə cəhd oldu, lakin bu baş tutmadı. Makron iqtidarının legitimini zəif olması bu siyasi böhranın bünövrəsində durur. Bu baxımdan Makronun nəinki , üçüncü dönəm seçilməsi, hələ onun ikinci dönəmi hansı siyasi kapitalda başa vurmasının özü mübahisəlidir. Bu baxımdan güman edirəm ki, Makron iqtidarına ölkə daxilində təzyiq və hücumlar güclənəcək.Bunun üçün də kifayət qədər əsas var. Fransanın iqtisadi göstəriciləri yaxşı deyil, iqtisadi artım gözlənilən səviyyədə deyil. Xüsusən də Afrika qitəsində geosiyasi gücünü itirməkdədir. Eyni zamanda Fransanı Avropa İttifaqının liderinə çevrilmək iddiaları da boşa çıxdı. Fransanın miqrant siyasətində çox ciddi problemlər var. Xüsusən sosial problemlər kəskin şəkildə artıb. Gəlir bərabərsizlik Makronun dövründə daha da artıb. Makron vəd etdiyi, iqtisadi islahatları da həyata keçirə bilmədi. Yəni, bu baxımdan Makron iqtidarı cəmiyyətin nüfuzunu itirib. Düşünmürəm ki, Fransa cəmiyyəti imkan verə ki, Makron konstitusiyanı dəyişib 3-cü dəfə seçilsin. Vaxt keçdikcə Makron iqtidarı artan təzyiqlərə müqaviməti azalacaq. Növbədənkənar seçkilər də istisna deyil”.
Leyla Turan
Demokrat.az