Avstraliya bütün hökumət cihazlarında "DeepSeek"i qadağan etdi

DÜNYA 04 fevral 2025, 20:22
Avstraliya hökuməti təhlükəsizlik problemlərini əsas gətirərək Çinin süni intellekt üzrə startapı "DeepSeek"in bütün dövlət cihazlarında istifadəsini qadağan edib. 

Demokrat.az
xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.

Daxili İşlər Naziri bütün dövlət qurumlarına "DeepSeek" məhsullarının, tətbiqlərinin və veb xidmətlərinin istifadəsinin və ya quraşdırılmasının qarşısını almaq və bu məhsulların, tətbiqlərin və veb xidmətlərinin bütün mövcud nümunələrini bütün dövlət sistemlərindən və cihazlarından silmək üçün məcburi bir əmr verib. 

Daxili İşlər Nazirliyinin sözçüsü Tony Burke, DeepSeek-in hökumət texnologiyaları üçün qəbuledilməz risk olduğunu deyib. 

Avstraliya mətbuatının məlumatına görə, bu qadağa Avstraliyanın milli təhlükəsizliyini və milli maraqlarını qorumaq məqsədi daşıyır.

Qadağa fərdi şəxslərə məxsus cihazlara şamil edilmir.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top