Xilasetmə qrupları hərbi helikopterlə toqquşaraq Potomak çayına düşən American Airlines təyyarəsinin qalıqlarının çıxarılması üçün əməliyyata başlayıb.
Demokrat.az xəbər verir ki, bu barədə The New York Times məlumat yayıb.
Nəşr qeyd edir ki, işlər fevralın 3-də səhər saatlarında başlayıb və təxminən üç gün davam edəcək. İlk qalıntılar Bakı vaxtı ilə təxminən 21.00-da qaldırılıb və kranın köməyi ilə təyyarənin mühərriklərindən biri çaydan çıxarılıb.
Yanvarın 30-da Kanzasdan uçan Bombardier CRJ700 sərnişin təyyarəsi Vaşinqtondakı Reyqan hava limanına yaxınlaşarkən havada hərbi Black Hawk helikopteri ilə toqquşub. Hər iki təyyarə Potomak çayına düşüb.
Əfsanə Kamal
Demokrat.az