Mərdəkan-Qala yolunda böyük təhlükə: Qəfildən maşının önünə keçib... — VİDEO

HADİSƏ 03 fevral 2025, 16:55

Mərdəkan yoluyla Qala kəndinə gedən yolun kəsişməsində qayda pozan sürücü anbaan avtomobilin videoregistratoruna düşüb.

Demokrat.az Avtosfer.az-a istinadən xoşagəlməz hadisə yanvarın 31-də səhər saatlarında qeydə alınıb.  Belə ki, 90-PU-330 dövlət nömrə nişanlı “Chevrolet Cobalt” markalı avtomobilin sürücüsü sağa dönən zaman yolayırıcının keçilməsi qaydasını pozub. Belə ki, o, baş yoldan gələn maşının önünə çıxaraq görüntünü qeydə alan sürücüyə qəza şəraiti yaradıb. 

Qeyd edək ki, “Yol hərəkəti haqqında” qanunun 42-ci maddəsinin 7-ci bəndinə əsasən, yolayrıcına daxil olan sürücülər qarşıdan gələn avtomobilin yoluna keçmədən yolu dönməlidirlər. Yəni, sağa dönərkən hərəkət hissəsinin mümkün qədər sağ kənarına yaxın hərəkət etmək lazımdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
03 fevral 2025, 17:54
Top