Rüşvət almaqda ittiham olunan keçmiş vəzifəli şəxs Ali Məhkəməyə müraciət etdi

HADİSƏ 29 yanvar 2025, 16:35
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu Rayon İdarəsinin sabiq rəis müavini - səfərbərlik şöbəsinin rəisi Adil Hüseynov Ali Məhkəməyə müraciət edib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, onun şikayəti araşdırılması üçün Ali Məhkəmənin hakimi Tahir Kazımovun icraatına verilib. 

Məhkəmə baxışı mayın 7-nə təyin olunub. 

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Adil Hüseynov 8 il 6 ay müddətinə azadlıqdan mərhum edilib.

Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb. 

Adil Hüseynovun barəsində Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü (təkrar və külli miqdarda rüşvət alma) maddələri ilə ittiham verilib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu Rayon İdarəsinin sabiq rəis müavini - səfərbərlik şöbəsinin rəisi Adil Hüseynovun saxta tibbi rəy əsasında hərbi xidmətə yararsızlıq müddətinin 3 il müddətinə uzadılması, həqiqi hərbi xidmətə cəlb olunmama müqabilində rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
30 yanvar 2025, 21:16
Top