"Daxili İşlər Nazirliyinin açıqlamasında nəzərdə tutduğu tanınmış süni intellekt modelləri deyil. Nəzərdə tutulan məsələ böyük dil modellərinə servis olaraq yaradılan kiçik həllərdir. Xəbərdarlıqda da qeyd olunub ki, tanınmayan süni intellekt həllərindən istifadə etmədə kiberhücuma rəvac verən hallar yarana bilər".
Bu sözləri Demokrat.az-a açıqlamasında İT mütəxəssisi Elvin Abbasov deyib.
"Hər hansı bir şirkət, startap özü üçün sistem yaradır, "ChatGpt"ə və digər böyük modellərə qoşur. Nəticədə servis alırlar və kiçik həllər yaranır. Bir çoxları faydalı olsa da, təhlükəli tərəfləri də var. Sistemlərin dayanıqlılığı və etibarlılığı tam təmin olunmadan bütün məlumatları ötürsək, məlumatlarımız nüsxələnəcək. Daha sonra həmin məlumatlar oğurlana və ya satıla bilər. Vətəndaşlar beynəlxalq müstəvidə tanınmayan kiçik həllərə etibar etməməlidirlər.
Qeyd edək ki, bu gün Daxili İşlər Nazirliyi süni intellektlə bağlı əhaliyə xəbərdarlıq edib.
Əfsanə Kamal
Demokrat.az