Konqo Demokratik Respublikasında “M23” üsyançıları ilə hökumət qoşunları arasında toqquşma olub.
Demokrat.az BBC-yə istinadən xəbər verir ki, “M23” üsyançıları Konqonun şərqindəki Qoma şəhərinin mərkəzinə daxil olub.
Hava limanından şimala doğru hərəkət edən üsyançıların bu bölgəyə nəzarət etdikləri bildirilir. BMT-dən olan mənbələr də faktı təsdiqləyib.
Qeyd edək ki, üsyançılarla Konqo ordusu arasında günlərdir, davam edən qarşıdurmalar nəticəsində yüzlərlə insan yaralanaraq xəstəxanalara yerləşdirilib, on minlərlə insan isə ölkəni tərk etmək məcburiyyətində qalıb.