İstanbulda avtobus aşdı: Xeyli sayda yaralı var

DÜNYA 24 yanvar 2025, 11:55

Türkiyədə işçiləri daşıyan xidməti avtobus xəndəyə aşıb. Hadisə nəticəsində 16 nəfər xəsarət alıb.

Demokrat.az-ın
 Oxu.Az-a istinadla verdiyi məlumata görə, hadisə İstanbulun Tuzla rayonunda baş verib.

Hadisə yerinə cəlb olunan təcili tibbi yardım briqadaları yaralıları dərhal xəstəxanalara çatdırıblar. İlkin məlumatlara görə, yaralananlardan üçünün vəziyyəti ağırdır.

Qəza ilə bağlı istintaq başlayıb, hadisənin başvermə şəraiti və səbəbləri araşdırılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top