Ötən gün keçirilən Avroliqa oyunlarından sonra ölkələrin UEFA reytinqi yenilənib.
Demokrat.az xəbər verir ki, son sıralamada bəzi dəyişikliklər qeydə alınıb.
Amma Azərbaycanın mövqeyində dəyişiklik olmayıb. Azərbaycan 28-ci pillədə qalıb. “Qarabağ” evdə FCSB-ya 2:3 hesabı ilə uduzduğu üçün xal ehtiyatımız artmayıb. Ölkəmizin hesabında 19,625 xal var.
Cari mövsümün qazancı 2,875-ə bərabərdir. Ölkə reytinqi üçün “Zirə” və “Qarabağ” 1,250, “Sabah” 0,250, “Sumqayıt” 0,125 xal əldə edib.
Bakıdakı görüşün nəticəsi Rumıniyanın irəliləməsinə şərait yaradıb. “Qarabağ” üzərində qələbə sayəsində sözügedən ölkə Slovakiyanı keçərək 25-ci yerə yüksəlib.
Qeyd edək ki, 55 ölkənin yer aldığı cədvələ İngiltərə (102.839) başçılıq edir.