Son zamanlar dollarla bağlı müxtəlif xəbərlər yayılır. Onlardan biri də ABŞ valyutasının çökə biləcəyi haqda proqnozların səsləndirilməsidir. Bundan başqa, kriptovalyutanın üstün mövqeyə çıxacağı deyilir.
Demokrat.az xəbər verir ki, ekspertlərin fikrincə, Donald Tramp ABŞ-ı borclanmadan xilas etmək üçün rəqəmsal valyutaya keçirməyi hədəfləyir.
Birləşmiş Ştatların bu gün 35 trilyon dollar dövlət borcu var. Bu borc getdikcə artdığı üçün hökumət təsirli addımlar atmağa məcburdur.
Bu, nə dərəcədə real görünür?
Globalinfo.az-a danışan iqtisadçı Asif İbrahimovun sözlərinə görə, milli valyutasının güclü olması həmin dövlətin iqtisadiyyatının gücündən asılı olaraq müəyyənləşdirilir.
O deyib ki, dünyanın ən güclü iqtisadiyyatlarından biri məhz ABŞ-ın iqtisadiyyatıdır:
“Ümumdaxili məhsula və xalis sərvətə görə dünyada ən böyük, alıcılıq prioritetinə görə isə dünyanın ikinci ən böyük iqtisadiyyatıdır. Adambaşına düşən gəlir də yüksək səviyyədədir, texnologiya inkişafı da. Bir çox ölkələrin həyata keçirdiyi xarici ticarətdə də onların valyutalarından istifadə edirlər. Dünyanın ən önəmli ehtiyat valyutası hazırda ABŞ dolları olduğu üçün valyutalarının belə rahatlıqla çökəcəyi məsələsi real görünmür”.